Mehriban Əliyeva xalqı təbrik etdibackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqı Qurban bayramı münasibətilə təbrik edib.

“Yeni Gündəm”-in xəbərinə görə, təbrikdə deyilir:

“Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm!  Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”