“Mehriban xanıma möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”backend

Azərbaycan dünya dövlətləri içərisində özünə layiqli yer tutub. İnkişaf etmiş ölkələr, beynəlxalq qurumlar Azərbaycan dövləti ilə hesablaşır və bu cür münasibətlərin ildən-ilə daha sabit xarakter almasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolu var.

Bu gün Mehriban xanımın doğum günüdür. O, gözəl həyat yoldaşı, qayğıkeş ana, yüksək peşəkarlığa, insani keyfiyyətlərə, böyük idarəçiliyə, siyasi təcrübəyə malik olan bir incidir. Mehriban xanım bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldib.

Birinci xanım təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazanıb. Bu gün, xalqının hər bir nümayəndəsinə qayğı göstərən Mehriban Əliyeva milyonlarla insanın sevgisini qazanıb. Onun sayəsində hazırda ölkəmiz müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi istiqamətində uğurlu addımlar atılır.

Bu əlamətdar gündə Mehriban xanımı təbrik edir, ona möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Biz, Azərbycan gəncləri olarq hər şeyə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq və onun ətrafında sıx toplaşmağa hazırıq!

Fariz Quliyev

Yeni Azərbaycan Partiyasının gənc fəalı, Səbail rayon, Bələdiyyəsinin üzvü