Məkrli erməninin hədəfi yenə də mülki əhalidirbackend

Azərbaycan ordusu qarşısında aciz qalan Ermənistanın faşist xislətli rejimi “ənənəsinə” sadiq qalaraq məqsədli şəkildə yenə də çirkin simasını göstərir, növbəti dəfə ardıcıl şəkildə Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə etməkdən çəkinmir. Əfsuslar olsun ki, 21 nəfər mülki vətəndaşımız həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bununla da Ermənistan bu əməlləri ilə bir daha sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi.
Bu gün Ermənistanın terror¬çu və anti-insani mahiyyəti işğalçı ölkənin yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olmasın¬dan xəbər verir. Ona görə də region dövlətləri tərəfindən də bu, aydın dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan bölgə üçün də böyük təhlükədir. Region dövlətləri də, dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da mülki şəxslərə qarşı törədilən bu soyqırımı görməzdən gəlməməli, bu bəşəri cinayətə dur deməli, Azərbaycanın haqq işini tam dəstəkləməli və terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdı¬rılmasına nail olmalıdırlar. Çünki sülhü və təhlükəsizliyi təmin etməyin yeganə yolu, məhz işğalçıya lazımı qiymətin verilməsidir.
Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda, işğala son qoyulması, sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Artıq xalqın səbri tükənib. Ermənilərin illərlə xalqımıza qarşı törətdikləri bu qanlı cinayətlərin hesabının verilməsi zamanı çatıb. İndi haqq-ədalətin öz yerini tutacağı zamandır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımızı mənfur düşməndən azad edəcək, o yerlərdə ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandıracaq.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı