Meksika Prezidenti koronavirusa yoluxdubackend

Meksika Prezidenti Andres Manuel Lopez Obrador koronavirusa yoluxub.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə öz tvitter hesabında açıqlama verib.

“COVID-19”a yoluxduğumu bildirdiyim üçün təəssüflənirəm. Simptomlar yüngüldür, ancaq artıq sağalmaqdayam. Həmişəki kimi nikbinəm. Hamımız irəliləyəcəyik. Dr. Olga Sançez Kordero (daxili işlər naziri -red.) gündəlik irəliləyişimizi bildirmək üçün səhər keçirilən mətbuat konfranslarında məni əvəz edəcək”,- deyə Prezident qeyd edib.