Məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı araşdırılırbackend

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə “Yeni Gundem”-e Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.