Məktəb müəllimlərinə SƏRT QADAĞA: bundan sonra şagirdləri…backend

Çin məktəb müəllimlərinin məktəbliləri cəzalandırmasına qadağa qoyur.

Ölkədə məktəblilərə fiziki və ya mənəvi zərər verə biləcək cəza tətbiq edilməsi qadağandır.

Yeni qaydalar məktəblərdə alçaldıcı cəzaya icazə vermir və fiziki cəzaya dair mövcud qadağanı da sərtləşdirir. Yasaq edilmiş tətbiqlərə çubuqla döymə, şifahi təhqir də daxildir. Şagirdlər artıq üzr məktubunu yazmağı və ya ev tapşırıqlarını hazırlamağı unutma kimi kiçik pozuntulara görə sinif tapşırığı yerinə yetirəcək. Daha ciddi pozuntulara yol verənlər müvəqqəti məktəbdən uzaqlaşdırılacaq və ya onlara psixoloji yardım göstəriləcək.

Çində fiziki cəza 1986-cı ildə qanunla qadağan edilib. Lakin valideynlər müasir dövrdə tez-tez bu praktikaya göz yumub.

Çin mediası mütəmadi olaraq müəllimlərin uşaqları döyməsi və ya məktəbdə ictimai rüsvayçılıq nəticəsində intihar edən uşaqlar barədə xəbərlər dərc edir.

“Sinxua” dövlət informasiya agentliyi ötən ilin sentyabr ayında ölkənin cənub-qərbindəki Siçuan əyalətindən olan 10 yaşlı bir qızın səhv həll edilmiş tapşırığa görə riyaziyyat müəllimi tərəfindən başından vurulduqdan sonra öldüyünü yazmışdı.

“China Daily” isə şərqdəki Yianqsu əyalətindəki beşinci sinif şagirdinin yazısının müəllimin “müsbət duyğuların” olmamasına görə tənqid etməsindən sonra keçən ilin iyun ayında intihar etdiyini xəbər vermişdi. Müəllim sinif qarşısında onu vurub alçaltmışdı.publika