Məktəbdə qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə töküldü: İki bacı xəsarət aldıbackend

Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri – 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

APA