Məktəbdə sanitar qovşağın olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsinə aydınlıq gətirildi: İki gün dərsə gəlməyibmişbackend

İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Töhmət dekabrın əvvəlində verilib. Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib.