Ukrayna ilə müharibə davam edərkən yeni təhsil həyatı başlamazdan əvvəl sərhəd bölgəsinə yaxın məktəblərdə təhlükəsizlik tədbirləri görülməyə başlanılıb.
“Yeni Gundem” xəbər verir ki, məktəbin pəncərələrinin zirehli folqa ilə örtüldüyü görülüb.
Rusiya ilə Ukrayna arasında başlayan müharibə bütün şiddəti ilə davam edir. Müharibənin ikinci ilində rus ordusu hücumlarını artırır. Bu prosesdə hər iki ölkədə böyük itkilər verilib, şəhərlər yerlə-yeksan edilib. İnfrastrukturların zədələndiyi ərazilərdə mülki həyat getdikcə çətinləşir.
Müharibənin kölgəsində bölgə əhalisini yeni bir narahatlıq bürüyüb. Sentyabrın 1-də istifadəyə veriləcək məktəblər üçün hazırlıqlara başlanılıb.
Hər iki ölkədə yeni tədris ilinə hazırlıq davam edir.
Rusiyanın Belqorod şəhərində, Ukrayna sərhədi yaxınlığındakı təhsil müəssisələrində artırılmış təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdəki 15 saylı məktəbin pəncərələri zirehli folqa ilə örtülüb, zirzəmilərdə isə qum torbalarından istifadə edilib.
Könüllü vətəndaşlar da bu prosesdə işlərə dəstək verirlər. Qadınların da qatıldığı araşdırmalarda məktəblərin xarici fasadlarına qədər tədbir görüldüyü görülüb.
Mənbə: EnSonHaber
Aynur Camal