Məktəblərin istilik problemi həftəsonunadək həll olunacaqbackend

“Ölkə üzrə əyani dərslərin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən bütün ümumi təhsil müəssisələrində monitorinqlər keçirilib. Məlum olub ki, məktəblərin dezinfeksiyaedici məhlullarla təminatında heç bir problem yoxdur. İstilik və su ilə bağlı ölkə üzrə çox cüzi məktəblərdə problemlər qalıb”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

O qeyd edib ki, belə məktəblər xüsusən regionlarda yerləşir. Hazırda bununla bağlı aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülür: “Güman edirəm ki, həftəsonuna qədər mövcud problem aradan qaldırılacaq”.