“Məktəblərin meydançalarını söküb, yerində bina tikirlər” – Aqil Abbasbackend

Ötən gün Milli Məclisin iclasında deputat Tahir Kərimli futbolumuzdakı durumu sərt tənqid edib.

Millət vəkili Aqil Abbas həmkarının fikirlərinə münasibət bildirib.

“Tahir müəllim də mənim sözümü dedi. Mən 10 ildir bu haqda yazır, fikirlər səsləndirir, AFFA-nı tənqid edirəm. Bölgə futbolu ilə bağlı müxtəlif məqalələr, köşə yazıları yazıram” – deyə A.Abbas qeyd edib.

“Tahir müəllim də sağ olsun ki, o da bu haqda danışdı. Verdiyim müsahibələrdə həmişə deyirəm ki, Azərbaycanda futbolunu məhv ediblər Azərbaycanda yanlız məhəllə futbolu oynayırlar, uşaqlar “top-top” oynadığı kimi. Bununla belə, “Qarabağ”, “Neftçi”, “Qəbələ” növbə ilə Avropaya gedib oynaya bilirlərsə, bu, inqilabdır. Əgər uşaq futbolu yoxdursa, bölgə futbolu yoxdursa, Bakıda futbol ola bilməz. Əvvəllər məhəllədə futbol oynayardılar. Bu gün Bakı şəhərində hansı məhəllədə normal stadion var?! Məhəllələrdə maşın əlindən yer olmur, məktəblərin meydançalarını söküb, yerində bina tikirlər. Bircə Yasamaldakı 13 nömrəli məktəbin direktoru qoymadı ki, stadionu alıb orada çoxmərtəbəli bina tikələr.

İndi mən deyim niyə o vaxt Azərbaycanda futbol var idi. O zaman bölgə futbolu və Bakı futbolu vardı. Bakı futbolu məhəllə futbolu idi, texnika ilə oynayırdılar- aldatmaq, başının üstündən top atmaq və başqa fəndlər. Amma rayon futbolunda nə var idi? Orada futbola həvəs, sevgi, məhəbbət var idi. Bir də görürdün stadion yoxdur, amma uşaqlar daşları düzüb futbol oynayırdılar, onlar fiziki cəhətdən çox üstün idi, saatlarla futbol oynasalar da, yorulmaq bilmirdilər. Bakı futbolunun texnikası və bölgə futbolunun fiziki gücünü birləşdirəndə peşəkar futbolu yaranırdı.İndi isə rayonlarda futbol yoxdur. Vaxtilə Yevlax, İmişli, Bərdədə az da olsa futbol var idi. Məsələn, Qəbələdə futbol olmayıb, olsa o şəraiti olan stadionda futbola baxmağa gələn 100-150 nəfər olmazdı. Futbol məktəbi olub Tovuzda, Gəncədə, Mingəçevirdə, Ağdamda. Bir də Qubada uşaq futbol məktəbləri olub. Lənkəran futbolu həmişə yaxşı olub, “Xəzər Lənkəran”ı da ləvğ etdilər, qoymadılar yaşasın. İndi də “Qəbələ”ni ləvğ etmək istəyirlər, amma hələ ki bacarmırlar. İndi bölgələrdə futbol yoxdursa kim oynayacaq?!”

Millət vəkili etdiyi tənqidlərə AFFA rəsmilərindən reaksiyalar gördüyünü vurğulayıb: “AFFA rəhbərliyi ilə dəfələrlə söhbətim olub, tənqidlərimə reaksiya veriblər. Rövnəq Abdullayevlə Milli Məclisdə həmkar olmuşuq. Həmişə oturub bir stəkan çay içəndə yanlız futboldan danışmışıq. Bakıda SOCAR-ın puluna klublar yaranıb, nəticəsi də yox. “Səbail” yaradılıb. “Səbail” nədir?! Səbaildə futbol ola bilər?! Mümkün deyil. Bakıda “Neftçi” ola bilər. Bir qədər indi “Zirə” yaxşı oynayır. Bakı üç komanda saxlaya bilər, onların da məktəbi olmalıdır”.qol.az