Məktəblilər direktorun bayramını “şah” kimi təbrik etdilər -Kabinetində saz havası (VİDEO)backend

283 nömrəli tam orta məktəbdə qəribə olay baş verib.

32gun.az bildirir ki, bu gün Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi günü sözü gedən məktəbdə şagirdlər müəllimin rəhbərliyi ilə direktoru Sevinc Musayevanın otağın gedib, onun başı üzərində saz çalınıb və  təbriklərini dilə gətiriblər.

Bu video sosial şəbəkədə paylaşılandan qısa müddət sonra gündəm olub.  Görüntünün gündəmə gəlməsinin səbəbi birmənalı qarşılanmamsıdır. Hətta tənqid olunub.

Belə ki, şagirdləri dərsdən yayındıraraq məktəbin direktorunun otağına aparılması, Sevinc Musayeva üçün çal-çağır etdirilməsi tənqid olunub.

Maraqlıdır dərs zamanı buna yol vermək nə qədər doğrudur?

Xatırladaq ki, 2015-ci ildə Salyanın o dövrdəki icra başçısı Tahir Kərimovun başı üzərindən şagirdlərin güllər tutduğu foto da ikrah hissi yaratmışdı. İcra başçısının başı üzərində qızılgüllər tutulmuş fotosu onun özünü krallara bənzətməsi kimi şərh olunmuşdu. Sosial şəbəkədə tənqid və ikrahla qarşılanan fotonun  Gül Bayramında lentə alındığı bildirilmişdi.

Ayxan