Məktəblilər üçün iş dəftərlərinin poçt idarələrində satılmasının səbəbi açıqlandıbackend

“Məktəblilər üçün iş dəftərlərinin əldə edilməsi ilə bağlı narahatlıq qısa müddətli oldu. Bunu həmin vaxt da müşahidə etdik”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, problem iş dəftərlərinin poçt idarələrində satılması ilə bağlı yaranıbmış: “Çünki hazırda poçt şəbəkəsi ən çox satış məntəqələrinə malik olan qurumdur. Tək Bakı şəhərində 131 poçt məntəqəsi var. Pandemiya şəraitini nəzarə alaraq bu satışı müxtəlif şəbəkələrdə təşkil etmək istədik. Hər bir poçt idarəsinin ətrafında olan məktəblərin sayını və orada təhsil alan ibtidai sinif şagirdlərinin sayını hesablayaraq müəyyən planlama apardıq. Lakin müşahidə etdik ki, bu sahədə müəyyən çərçivələr var və insanlar iş dəftərlərini poçt məntəqələrində yox daha çox başqa yerlərdə axtarırlar. Gələcəkdə bununla bağlı əlaqələri daha da artırmalıyıq. İş dəftərləri ilə bağlı problem təxminən bir həftə sonra öz həllini tapdı”.