Məlahət İbrahimqızı: “ Əldə edilən əzəmətli uğurların hər biri möhtərəm cənab İlham Əliyevin adı ilə bağlıdırbackend

Bildiyimiz kimi bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ve Birinci Xanım möhtərəm Mehriban xanım Əliyeva Ağsu və İsmayıllı rayonlarında olmuş və bir sıra mühüm layihələrin açılışında iştirak edib. Müntəzəm olaraq bölgələrə səfərlər edən möhtərəm Prezidentimiz bu səfərlərdə bir tərəfdən vəziyyətlə tanış olur, digər tərəfdən əlavə göstərişlər verir, görülən işlərə, nəzarət edir. Xüsusi qeyd etmək lazımdır ki, umumiyyətlə möhtərəm Prezidentimizin iş qrafiki hədsiz dərəcədə ağır və gərgindir.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun titanik fəaliyyəti sayəsində müharibədən Zəfərlə çıxnış bir ölkədə böyük uğurlara imza atılır. Dövlətimizin Başçısı bir tərəfdən işğaldan azad edilmiş ərazilərdə görülən aparılan quruculuq işlərinə və layihələrin icraslşına nəzarət edir, digər tərəfdən bütövlükdə ölkəmizdə bütün sahələrdə uğurla aparılan islahatlarına rəhbərlik edir, beynəlxalq müstəvidə diplomatik fəaliyyəti, informasiya məkanında apardığı mübarizə, digər tərəfdən siyasi qətiyyəti, iradəsi, beynəlxalq aləmdəki nüfuzu və dəmir yumruğu ilə qonşumuz işöalçı Ermənistanla hələ də bitməmiş münaqişə və münasibətlərin tənzimlənməsi və həll edilməsi yolunda misilsiz işlər görür. Bu mənada heç bir mübaliğə etmədən deyə bilərik ki, Azərbaycanda əldə edilən əzəmətli uğurların hər biri möhtərəm cənab İlham Əliyevin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, heç bir müsahibəsində möhtərəm Prezidentimiz Azərbaycan xalqı qarşısında gördüyü xidməti qeyd etmir. Bu səfər çərçivəsində də dövlət televiziyasına verdiyi müsahibədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük təvazökarlıqla ölkəmizin qazandığı bütün uğurları ilbəil dövlətimizin artan gücü və Azərbaycan xalqlnın adı ilə bağlayır. Əslində isə bütün bu nailiyyətlərin altında tək bir imza var ki, o da hər zaman xalqına arxalanan və xalqan güc alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Möhtərəm Prezidentimizin son Ağsu və İsmayıllı səfərində biz
ölkə sakinləri üçün yüzlərlə yeni iş yerləri olacaq infrastruktur layihələrin və müasir obyektlərin açılışının şahidi olduq. Bütün bunlar dünyada gedən iqtisadi böhranları, pandemiya fonunda baş verir. İşğaldan azad edilmiş Qarabağda həyata keçirilən böyük maliyətutumlu infrastruktur layihələri də nəzərə alsaq görülmüş və görüləcək işlərin əzəmətini bir daha dərk edirik. Məmnuniyyətlə Möhtərəm Birinci Xanım Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri də qeyd etməklə bərabər həm də təqdir etməliyik. Xatırlatmaq lazımdır ki, 2003-cü ildən bugünədək hətta dünyanı bürüyən maliyyə və iqtisadi böhranlar vaxtı da dövlıtimizin planlaşdırdığı heç bir layihə və proqramlar dayanmamış əksinə bir çoxu vaxtından öncə tamamlanmışdır. Mğhz bu səbəbdən də 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramları bütün bölgələrdə görqlmüş çox böyük quruculuq-abadlıq işləri sayəsində minlərlə yeni iş yerləri açılmış və bölgələrin siması inanılmaz dərəcədə gözəlləşmişdir. Möhtərəm Prezidentimizin Ağsu, İsmayıllı rayonlarına səfərləri də bütövlükdə vahid konsepsiya olan regionların sosial iqtisadi inkişafının davamıdır.
Qeyd etmək lazımdır ki hər iki rayonda son illərdə çox əhəmiyyətli və müxtəlif infrastruktur layihələri icra edilmişdir. Hər iki rayonun əsas infrastruktur layihələrinin yekunlaşmış, qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi kimi böyük layihələr həyata keçirilmişdir. Hər iki rayonda çox çarpayılıq yeni səhiyyə infrastrukturu yaradılmışdır. Bugün rayonlarda yaradılmış bu şərait turizmin inkişafına böyük imkanlar yaratmışdır. İsmayıllının Basqal kəndində aparılan quruculuq işləri, yeni istifadəyə verilmiş otel, yerli əhalinin qədim milli sənətkarlığının inkişaf etdirilməsi də turizmin inkişafına dövlət dəstəyinin təzahürüdür. Bildiyimiz kimi ölkəmizdə milli mənəvi dəyərlərin qorunmasına, xalqımızın əsrlər boyu yaratmış olduğu qeyri-maddi irsə, dini inanc yerlərinin qorunmasına və bərpa olunmasına çox diqqət yetirilir. Xüsusilə də UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi möhtərəm Birinci-vitse Prüzidentimiz Heydər Əliyev Fondu tərəfindən dəstək olunur. Ağsu və İsmayıllı rayonlarına səfər çərçivəsində çox əsrlik tarixə malik və yeni restavrasiya olunmuş “Diri Baba” türbəsinə dövlətimizin Ali rəhbərlərinin səfəri də məhz qeyd edilənlərin sübutudur. Hər iki Ali rəhbərin türbə ilə yaxından tanış olmaları və ziyarət etmələri xalqın inancına, milli dəyərlərinə, vicdan və din azadlığına hörmət olmaqla həm də, yüksək dövlət siyasətinin tərkibidir. Bildiyimiz kimi artıq bir ənənədir ki, müxtəlif tədbirlərdə möhtərəm Prezidentimiz müntəzəm olaraq, dövlət televiziyasına ətraflı müsahibə verir. Bu müsahibələrdə ölkəmizin Ali rəhnəri respublikamızda, bölgədə, eləcə də dünyada baş verən proseslər, hətta bu proseslərin Azərbaycan üçün yarada biləcək təsiri haqqında ölkə ictimaiyyətinə çox geniş məlumat verir. Son səfər çərçivəsində verdiyi müsahibədə də möhtərəm Prezidentimiz son illərdə, dünyada baş verən pandemiyanın eləcə də, Rusiya-Ukraina müharibəsinin yaratmış olduğu təhlükələrdən, bu təhlükələrin Azərbaycana təsiri, dünyadakı ərzaq qıtlığı, xüsusilə buğda çatışmamazlığı haqqında çox ətraflı məlumat verdi. Bununla bərabər O, müsahibəsində dövlətimizin hazırda gördüyü və görəcəyi önləyici tədbirlər, orta və uzaq məsafədə dövlətimizin taktika və strategiyası haqqında da danışdı. Diqqətçəkici və çox dəyərverici məqamlardan biri də möhtərəm Prezidentimizin dövlət televiziyasının müsahibəsində ölkəmizdə gedən bu sürətli inkişafla, qazanılmış çoxsaylı nailiyyətlərlə bağlı, ölkəmizin bölgədə liderliyi, dünyada artan imici, xüsusilə də Ermənistanla münasibətlərin normallaşması prosesində dövlətimizin əsas sözsahibi olması haqqında hədsiz dərəcədə təvazökarlıqla danışırdı. Əlbəttə bütün bu nailiyyətlərə görə bizim hər birimiz möhtərəm cənab İlham Əliyevə minnətdarıq və ona borcluyuq. Sözsüz ki, hər şeyin qiymətini də tarix verir və ölkəmizdə möhtərəm Prezidentimiz cınab İlham Əliyev dövrü yaddaşlarda xalqımızın çağdaş tarixinin renesans dövrü kimi qalacaq. Bu mənada 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə Qəhrəman Milli Ordumuzun qazandığı möhtəşəm Zəfərlə möhtərəm Prezidentimizin adı şanlı tariximizin qızıl səhifələrinə yazılmışdır.