BMT-nin təşkilatçılığı ilə Qatar Dövlətinin paytaxtı DOHA-da terrorizmə və ekstremizmə qarşı mübarizədə qadın parlamentarların qlobal konfransı ( THE GLOBAL CONFERENCE OF WOMEN PARLIAMENTARIANS “The role of women parliamentarians in the development, implementation, and oversight of counter-terrorism and prevention of violent extremism legislation, policies, and strategies”) keçirilmişdir.
“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıqlamasında qeyd edib ki, mövzu günümüzün ən aktual probleminə həsr edilmişdir. Konfrasda dünyada bugün mövcud olan bütün beynəlxalq parlament instutlarının təmsilçiləri, müxtəlif ölkələrən qadın millət vəkilləri iştirak edirdi. Eyni zamanda konfeasda BMT-nin müvafiq qrumlarının yüksək təmsilçiləri və Qatar Parlamentinin vitse Sipikeri iştirak edirdi. Nə qədər acı olsa da deməliyik. Çix təssüf ki, bütün belə silajlə münaqişələrdə, terroriz və ektremizmdə ən çox zorakılığa məruz qalan qadın və uşaqlardır. Azəebaycan bu dəhşətli problemləri yaşaypbdlr. Dünyada baş verən proseslər də sübut edir ki. heç bir qadını da bundan sığortalanmayıbdır.
Mən də TÜRKPA-da təmsil olan millət vəkili kimi iştirak edirdim. Bu mötəbər konfrasda mənim də çıxışım var idi. Azərbaycanın otuz ildən artıq üzləşmiş olduğu, erməni terrorundan, ekatremizm və separatizmindən, işğalçılıq siyasətindən danışdım. Xicalı soyqrımını qeyd etdim. Yəni Azərbaycan qadını hər cürə acını yaşamış lqkin sonda ləyaqətlə bu problemdən xilas olmuşdur. Eyni zamanda QAİ-nin Qadınlar Şurasının sədri olaraq 1987-91-ci illərdə Qərbi Azərbaycanda ermənilərin etnik azərbaycanlılara qarşı törətdiyi, etnik təmizləmə, soyqırımdan danışaraq 300 min azərbaycanlının ən ağır və acınacaqlı şəkildə qivukmasından danışdım. Çıxışımda qeyd etdim ki, beynəlxalq təşkilatlat, xüsusən də BMT TŞ-nın Ermənistanı işğalçı kimi tanımasına, Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə baxmayaraq, qərarlar kağız üzərində qaldı. Lakin dörd il bundan öncə qəhrəman Azərbaycan xalqı, onun rəşadətli Milli Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğalçını Azərbaycan, Qarabağ torpaqlarından qovaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdi. Bugün Ermənistandan öz tarixi torpaqlarlndan qovulmuş üç yüz min Qərbi Azərbaycanlılar sülh yolu ilə, ləyaqətli şəkildə, beynəlxalq hüquq çərçivəsində əsrlər boyu yaşadıqları yurdlarına qayıtmaq üçün beynəlxalq ictimaiyyətdən və təşkilatlardan dəstək gözləyir. Xüsusilə qadın siyasətçilərin BMT-nin TŞ-nın qəbul etdiyi sənədlərdə də qeyd edildiyi kimi yeni təhlükəsizlik mühitində artan rolu bə iştirakı onların bir daha yerli, regional və beynəlxalq səviyyədə məsuliyyətini və səlahiyyətini artırır. Çıxışımda qeyd etdim ki, qadınların həsssas qrup kimi zorakılığa ən çox məruz qalmasını nəzərə alaraq ünya qadınlar birliyinin bugün mövcud olan münaqişəıərdə öz səy və imkanlarının birləşdirməsini və ciddi nəticələr əldə ediləcəyinə ehtiyac var. Sonda qadın siyadətçilərə müxtəlif dillərdə nəşr edilmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını təqdim etdim.