Məleykə Əsədova peyvənd olundu – FOTObackend

Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

“Hər zaman sağlam olaq! Sağlamlıq həyat gözəlliyidir! “COVID-19”a son! Bu xəstəliklər dünyamızdan yox olsun”, – deyə Əsədova vurğulayıb.

Bundan əlavə, 54 yaşlı aktrisa bacısına da bu gün vaksin vurulacağını qeyd edib.