Məmmədyarovla Mnatsakanyanın növbəti görüş yeri açıqlandıbackend

Xarici İşlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi nəzərdə tutulur.

XİN-dən verilən məlumata görə, görüş dekabrın 4-də Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.