Məmur övladları bir-birilərinə atəş açdılar – Ermənistandabackend

Bu gecə Ermənistanın Qoris şəhərində atışma baş verib.

Gecə saatlarında Sünik (Zəngəzur) bölgəsinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan bölgənin indiki rəhbəri Melikset Poqosyanın oğluna atəş açıb.

Məlumata görə, hadisə zamanı həlak olanlar var.

Qeyd edək ki, bu, Tiqran Xaçatryanın iştirakı ilə baş vermiş ilk insident deyil. Belə ki, T. Xaçatryan 2013-cü ildə atasının evinin yaxınlığında baş vermiş atışma və qətl ilə bağlı saxlanılmışdı. Lakin məhkəmə onun davranışını zəruri müdafiə olaraq qiymətləndirərək sərbəst buraxmışdı.