“Mən heç yerə getmirəm və getməyəcəyəm də” – Paşinyanbackend

İrəvanın mərkəzi küçələrində tərəfdarları ilə birlikdə yürüş edən Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.

“Yeni Gündəm” xəbər verir ki, daha əvvəl teleqram kanallarında barəsində ölkədən qaçmağa hazırlaşdığı ilə bağlı yayılan şayiələrə münasibət bildirən Paşinyan bunu informasiya terroru adlandırıb.

“Mən heç yerə getmirəm və getməyəcəyəm də. Ailəm də buradadır. Bunu indi görəcəksiniz. Onlar indi buraya gələcəklər”,- deyə Paşinyan qeyd edib.

Yürüş zamanı Paşinyanı oğlu Aşot müşayiət edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün Baş nazirin istefasını tələb edən bəyanat yaymasından sonra ölkədə siyasi böhran daha gərginləşib. Bundan sonra Paşinyan bəyanatı imzalayan Baş qərərgah rəisi Onik Qasparyanı istefaya göndərdiyini açıqlayıb. Daha sonra isə o, hərbi çevriliş təhlükəsini vurğulayaraq vətəndaşları xalq hakimiyyətini qorumaq üçün meydana çağırıb.