Gədəbəy rayonu Çobankənd kəndində anadan olan bir şəxs.
Ali təhsil görmüş, bir neçə xarici dil öyrənmiş, dünya səviyyəli proqramlarda iştirak etmiş vətəndaş…
İdarəetmə sahəsində 10 ilə yaxın təcrübə, araşdırmaçı jurnalist kimi fəaliyyət…
Uzun illərin sonunda dayandığım nöqtə təcrübə və yaradıcılığın, kreativ düşüncənin ortaq məxrəci.
Həyatımın ən enerjili dövründə eksperiment edəcək qədər gedişata könüllü kimi baxan adam.
Təhsilimi davam etdirmək üçün son bir ayı mərkəzi, davamlı 10 ilimi yaşadığım şəhəri tərk etdim…
Hazırlaşıram, biliyim haqq etdiyi yeri imtahanla qazanmağa hazırlaşıram.
Buna görə qərar tutulduğum məkanı – Gədəbəyi son bir ayda daha yaxından tanımağa şans qazandım…
Dayandığım yerin şəraitindən dəhşətə gəlirəm.
Bu dövlətin ayırdığı investisiyaları regionda yönədenlər buraları qəsb etmiş, düşməncəsinə davranmis, insanları ən pis formada bir qismət çörəyə möhtac qoymuş…
Hansı ki, bu rayon ölkənin əsas qızıl istehsalçısı imiş.
Daha əvvəllər isə buralar Azərbaycanın əsas kartof ixracatçısı kimi ad qoyubmus. Üzüqara adamların və monopoliyanın sayəsində Gədəbəydə kartofçuluq sahəsi tənəzzülə uğramış, əhali ölkənin və Rusiyanın dörd bir yanına dağılmış.
Adam müharibədən bu qədər qorxmaz, hansı ki, öz dilimizdə danışan, amma hər şeyə qisasçılıq nöqteyi-nəzərindən yanaşan məmləkət məmurlarından.
Sadə xalq gözuqipiq, basiqapazli və gedisatdan xəbərsiz.
Yaxşı, sual budur: niyə və nə üçün???
…
Ölkədə böyük dəyişiklik gedir.
Etiraf edən, etməyən – hər kəs rüzgarin fərqində.
Sadəcə, təkcə olduğum bölgədə elə imkanlar var ki, bütün respublikani əhatə edər, minlərlə insan uğur qazanar, bölgə çiçəklənər, ərazi turizmdə, kənd təsərrüfatında, meşəçilikdə, bağçılıqda, dağ turizmində, bütün işsiz sakinlərin işlə təmin olunmasında həlledici rol oynaya bilər.
Məsələ budur:
Prezident islahat anonsunu verib, addım atır.
Amma bölgələri xaraba qoyan gerizəkali adamlar prezidenti belə təyinatına görə peşman edir.
Heç nə demirəm, amma bu məkan üçün bircə addım və siyasi iradə lazımdır ki, insanların üzü gulsun, rifaha qovuşsun.
Məncə, kifayətdir. Zaman gedir, ömür isə gözləmir.
Bölgə ölkənin bir nömrəli inkişaf arealı üçün susuzdu…
Mən görürəm, mən müşahidə edirəm, mən danışıram.