“Mən lüt doğulmuşam, soyunmaqdan niyə utanmalıyam?” – Səmrabackend

“Miss Azərbaycan-2019” titulunun sahibi model Səmra Hüseynova müsahibəsi ilə qalmaqal yaradıb.

“Senzurasız” adlı “YouTube” layihəsinin qonağı olan model bu sənətə gələrkən ailəsi ilə yaşadığı problemlərdən bəhs edib:

“Mən əvvəllər evdən çıxanda gizli qaçırdım. Evdə ana-atamın suyuna “Dimedrol” tökürdüm, yatızdırırdım, sonra çıxıb gedirdim, çəkilişimi edirdim. Çəkiliş zamanı da hamıya tapşırırdım ki, gizli etsinlər, çünki ailəm narazı idi. İlk növbədə də atam. Amma gördülər ki, mən xoşbəxt deyiləm, yeyib-içmirəm, intihar belə etmək istəyirdim. Mən kimin qaydaları ilə oturub durmalıyam? Mən lüt doğulmuşam, soyunmaqdan niyə utanmalıyam? Atam dindar adamdır, namaz əhlidir.

Ona bunu qəbullandırmaq çətin oldu. O ilk dəfə gəldi mənə sual verdi ki “Nə etmək istəyirsən?” dedim ki, mən sənin başını sənətdən kənar aşağı salmayacağam. Sən ağlına gələn şeylər olmayacaq, mən sənətə görə məcburam, modellik elə bir sənətdir ki, orda soyunmasan, qalmaqal yarada bilməzsən. Sadə olarsan”.