“Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir” – İlham Əliyevbackend

“Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur duyuram. Eyni zamanda özümü çox böyük bir məsuliyyət altında hiss edirəm”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Ali Ordenə layiq görülməsindən eyni zamanda xoşbəxtlik hissləri keçirdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, Türk Şurası dövlət başçıları Türkiyə Prezidentinin təşəbbüsü ilə onu bu Ali Ordenə layiq görüb: “Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm. Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik”.