“Mənim idealım həyat yoldaşımdır”backend

“Söz-söhbətimiz hər zaman geyim üstündə olub. Amma çox mülayim adamdır. Bir sözlə, həyat yoldaşım mənim idealımdır”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “13 sual” yutub layihəsində deyib. Sənətçi həyat yoldaşı Rafiq Əliyevdən danışıb.

Bir müddət əvvəl oğlu Əlini iki dəfə evləndirəcəyini deyən Şəbnəm ona ünvanlanan “Qızı nişanlıdır. Bəs qızının nişanlısı iki dəfə evlənsə, qəbul edər?” sualına belə cavab verib:

“Heç bir ana istəməz qızı fikir etsin. Oğlum Əlidə indidən şorgözlük görürəm. Deyirəm ki, qardaşına oxşayır. İstəmərəm iki dəfə evlənsin”.

Şəbnəm şəxsi həyatı ilə bağlı onu tənqid edənləri “paxıl” adlandırıb:

“Şəxsi həyata dil uzadan olanda, ona kamera qarşısında cavab vermirəm. Onunla görüşürəm və başa salıram. Allah bu gözəlliyi və ya qəmi mənə rəva görüb və verib. Sən kimsən məni mühakimə edirsən, fikir bildirirsən? Qəlbimi açdığım, yanlış düşünən qadınlar var… Bununla bağlı nəzərdə tutduğum o bir neçə nəfəri həyatda qadın kimi xoşbəxt görmürəm. Qadını pisləyən xanım sevilmir, xoşbəxt deyil. Ona görə də üzü güləni soldurmaq istəyir. Bu, qadının bədbəxtçiliyndən irəli gələr”.

Hər zaman geyimlərinə görə zövqsüz adlandırılan ifaçı bahalı paltar almadığını söyləyib:

“Geyimlərə çox pul vermirəm. Çünki bir dəfə geyinirəm və kənara qoyuram. Əynimdəki paltarı 200 manata almışam. Çanta və ayaqqabıya çox pul verərəm. Ən bahalı çantama 1200 manat ödəmişəm. Elə paltar var ki, 2 mindir və onu geyinmişəm, amma yaraşmayıb. 200 manatlıq paltarı geyinəndə isə özümü rahat hiss etmişəm”.