“Mənim üçün insanlar həyata gözlərini yumanda yox, şəxsiyyətini itirəndə ölür…”backend

Tanınmış şair Saday Şəkərli bir vaxt onu həbs etdirən sabiq vergilər naziri Fazil Məmmədovun vəfatına münasibət bildirib.

”Yeni Gundem” həmin yazını təqdim edir:

“Belə çıxır siz məni yaxşı tanıya bilməmisiniz. Mənə niyə gözaydınlığı vermənizi anlaya bilmirəm. Biriniz yazırsınız gorbagor oldu, digəriniz lənətəgəlmişin biri də öldü, o biriniz söyüşlər və sair.

Əzizlərim, Fazil Məmmədov da haçansa ölməliydi, hamı öləcək, mən hər kəsin həyatı dərk edənədək ömür sürməsini arzulamışam. Azad olmayan insanlar diriykən ölmüşlərdi və mənim üçün insanlar həyata gözlərini yumanda yox, şəxsiyyətini, ləyaqətini itirəndə, mənəviyyatını alver predmetinə çevirəndə ölür. Özü dünyada qalıb əldən ələ sürüşsə də, qazandığın pul səni həyatda saxlamağa qadir deyil. Abırlısı rəhmətlər qazanıb ölməkdir. Mən heç kimlə düşmənçilik etmədim, etmərəm də, Fazili də bağışlamışam. Onun evlərini yıxdıqları, talelərini pozduqları çoxsaylı insanlar özü bilər. Ən əsası, bu qədər günahlar etmiş bəndəsini allah bağışlayacaqmı? Özü bilən məsləhətdir”.