“Mənim üçün sevgi bitməyib. Sevgini gözləyirəm. O sevgini almayana qədər bu həyatdan getməyəcəyəm. Mənimlə ailə qurmaq istəyənlərin sayı “n” qədərdir. Əgər mənim xoşuma gələn bir bəy olsa məmnuniyyətlə onunla ailə quraram. Keçmiş həyat yoldaşım deyir ki, mən Mənzurəni tanımıram. Elə onun o acığına yenidən gəlin paltarı geyinib, ərə gedərəm”.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sevgi axtarışında olduğunu söyləyən sənətçi bildirib ki, yenidən gəlinlik geyinib ailə qurmaq istəyir:
“Ailə qurmaq qınaq deyil. Ağ libas da olmasa, bej rəngdə don geyinərəm (gülür). Mənim üçün xarici görünüşdən daha çox daxili aləmdir. Daxili aləmi, vicdanı təmiz olmalıdır. Başqa şeylər istəmirəm. Özüm kimi pak insan olmalıdır.
Əgər qarşı tərəfdə bir dənə yalan görsəm o zaman məndən inciməsin. İnsanlar o qədər yalançıdırlar. Pak və təmiz sevgi hər insana nəsib olmur. Kimlərsə kimisə nəyə görəsə, varına-dövlətinə, simasına görə sevir. Mən belə sevgi istəmirəm. İstəyirəm ki, məni Mənzurə kimi sevsin. Mərhəmətli, vicdanlı, pak olsun. Mənə dəyər versin. O insanı başımın tacı edərəm. Kaş elə bir insan olardı ki, məni həqiqətən də təmiz sevərdi”.
Qeyd edək ki, Mənzurə Musayeva 19 yaşında ailə qurub. Lakin onların 7 il övladları olmayıb. Məhz bu səbəbdən cütlük ayrılıb.