Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün şərt irəli sürübbackend

Türkiyədəki müxalif “İYİ Partiya” sədri Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

O, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın “İYİ Partiya”nın ofisini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını istəyir.

“İYİ Partiya” sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.

APA