Meral Akşenerdən şok ittiham:”Demirtaş terroçuların içərisindədir”backend

Türkiyənin müxalifətdə olan ən böyük partiyalarından biri olan İYİ partiyanın lideri Meral Akşener HDP Partiyasının lideri Selahattin Demirtaşı kəskin tənqid edib.

“Yeni Gündəm” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akşener HDP ilə ittifaqla bağlı suala belə cavab verib:”Bizim ittifaqımız mümkün deyil.Çünki HDP və rəhbəri Demirtaş PKK ilə bir yerdədir. Demirtaş Terroçuların içərisindədir. Selahattin Demirtaşın terrorla iç-içə olması bir həqiqətdir. Bunu onsuz da inkar da etmir” .