Merkel İlham Əliyev və Paşinyana zəng etdibackend

Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında dərhal atəşkəsə çağırış edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

“Kansler dərhal atəşkəsin dayandırılması və danışıqlar masasına qayıtmağın vacibliyini vurğuladı”, – deyə “TASS” onun sözlərindən sitat gətirib.

Kansler qeyd edib ki, onun fikrincə, ATƏT-in Minsk Qrupu bu cür danışıqlar üçün “uyğun forum”dur.

Bundan əlavə, o, “qonşu ölkələrin sülh yolu ilə həll olunmasına töhfə verməli olduğunu” söyləyib.