Mərkəzi Asiya uğrunda mübarizə-Vaşinqton yoxsa Moskva?backend

Ukraynada müharibənin birinci ildönümündən bir neçə gün sonra ABŞ dövlət katibi Entoni Blinken Mərkəzi Asiya ölkələrinə səfər edib.O, Qazaxıstanın paytaxtı Astana şəhərində C5+1 qrupunun nazir toplantısında iştirak edib. Qrupa Qazaxıstandan başqa Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və ABŞ daxildir. Amerika diplomatiyasının rəhbəri iştirakçı ölkələrin xarici işlər nazirləri ilə ayrıca ikitərəfli danışıqlar da aparıb.

Tarix boyu Rusiyanın təsir dairəsində olan Orta Asiya regionuna ABŞ-ın maraq sərgiləməsi dünya mediasında qızğın müzakirələrə səbəb olub.

“Yeni Gundem” ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə səfərini siyasi şərhçi, politoloq Kənan Novruzov ilə müzakirə etdi.

Politoloq Kənan Novruzovun fikrincə, ABŞ Rusiyanın təsir dairəsində olan bölgələrdə ondan təsir dairəsini azaltmağa çalışır.

“Vaşinqton Moskvanın təsir dairəsində olan bölgələrdə onun təsir dairəsini azaltmağa səy göstərir.Bunu Cənubi Qafqazada şamil edə bilərik.Cənubi Qafqazda ABŞ və Rusiya arasında mövqe savaşı gedir.İkisidə bölgədə təsir dairəsini gücləndirmək üçün çalışır.Eyni şey Mərkəzi Asiyaya da aiddir.Bu günə kimi Orta Asiyada ABŞ-a nisbətən Rusiyanın təsir nüfuzu daha çoxdur.Bununda əsas səbəbi həmin dövlətlərin keçmiş sovet ölkəsi olmağıdır.İndi Rusiyanın başı Ukraynada müharibəyə qarışıb.Daxili vəziyyət ürəkaçan deyil.Xaricdən sanksiyaların sayı getdikcə çoxalır.Belə vaxtda ABŞ üçün əlverişli şərait yaranıb ki, Moskvanın regionlarda təsir gücünü zəiflətsin.Yaxın gələcəkdə təmaslar intensivləşəcək”,-deyə o qeyd etdi.

Fərahim Rəhimov