Mərkəzi Bank qərar verdi: ödəniş və sığorta haqları müəyyənləşdibackend

“Yaşıl Kart” Sistemi çərçivəsində birdəfəlik ödəniş məbləği və sığorta haqqları müəyyən edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti qərar verib.

“Yaşıl Kart” Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödənilən birdəfəlik pul vəsaitinin məbləği 10 min manat müəyyən edilib. Qərara görə, “Yaşıl Kart” müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən avtonəqliyyat vasitələri üzrə sığorta haqları 10-400 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üzrə sığorta haqları 30-1200 manat müəyən edilib.

Həmçinin, “Yaşıl Kart” üzrə sığorta haqqı Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə 15-1 630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə 30 – 2 389 manat hesablanıb.

Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.