Mərkəzi Bank uçot dərəcəsini 15%-ə endirdibackend

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 16%-dən 15%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17%-dən 19%-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19%-dən 18%-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18%-dən 16%-ə endirilmişdi.