Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı açıqlama: “Gələn il…”backend

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq

“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.

“Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 7 mart 2018-ci ildən bəri milli valyutasının məzənnəsi dəyişməyib.