Məscidi kim restorana çevirdi?backend

AAAF PARK” da 2018-ci ildə tikilən məscid artıq icarəyə verilərək restoran kimi fəaliyyətə başlayıb.

Xırdalanda yerləşən “AAAF PARK” da qalmaqallar bitmir.

Bu lahiyədə insanların yaşayışı üçün müqavilələrdə bütün şərait yaradılması qeyd olunsada lakin sonralar məlum oldu ki, bir sıra çatışmamazlıqlara görə vətəndaşlar öz evlərində yaşaya bilmir.

Belə ki,su, qaz,elektrik enerjisinin verilməsi və digər çatışmamazlıqlara görə müqavilələr tam icra olunmayıb.

Sakinlər şikayət etsələrdə onların müraciətləri öz həllini tapmırdı. Bu səbəbdən dəfələrlə “AAAF PARK” sakinləri müxtəlif vaxtlarda etirazlar ediblər. Hətta mənzillərin bir neşə şəxsə satılması ilə bağlı məlumatlar mətbuatda dərc olunurdu.

Xalq.az-a daxil olan məlumata görə “AAAF PARK” ərazisində inşa olunan məscid bir müddət öncə elan saytlarında icarəyə çıxarılmış və bu gün “XAN SARAYI” adlanaraq restoran kimi fəaliyyət göstərir.

Bu hadisə ilə bağlı sakinlər öz narazılıqların və iradlarını bildirsələrdə,lakin heç faydası olmayıb. Qeyd edək ki,həmin bina axtarış sistemlərində hətta AAAF Məscid kimi qeyd olunub, sakinlər arasında və yaşayış kompleksinə gələn qonaqlar da həmin binanı məscid kimi biliblər.

Amma məscid olaraq tikilən bina bu gün restoran kimi fəaliyyət göstərir.

Bu məlumatla bağlı “AAAF PARK”dan suallara cavab verən olmadı.

Bildirir ki, “AAAF PARK”-ın rəhbəri tanınmış iş adamı Tofiq Heydərovdur və bir sıra şirkətlərin sahibidir.