Meşə yanğınları davam edir: Binalar yarasız hala düşübbackend

Görünməmiş istilərlə mübarizə aparan İngiltərədə bir-birinin ardınca meşə yanğınları başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, paytaxt Londonun şərqindəki Venninqtonda kolluq ərazidə başlayan yanğın sürətlə yayılaraq yaşayış məntəqələrinə yayılıb.

Səlahiyyətlilər ərazidə “fövqəladə vəziyyət” elan edib. Əraziyə 100-dən çox yanğınsöndürən göndərilib. Yerli mətbuata danışan sakinlər azı 8 binanın və bir kilsənin dağıldığını bildiriblər.