Məşhur aktyor vəfat etdibackend
Amerikalı məşhur aktyor Rip Torn 88 yaşında vəfat edib.
“Yeni Gundem” Fox News-a istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Rip Torn “Men in Black”, “30 Rock”, “The Larry Sanders Show”, “Cross Creek” və s. filmləri ilə məşhur idi. O, “The Larry Sanders Show”ya görə Emmi mükafatına layiq görülüb, “Cross Creek”dəki çıxışına görə isə Oskar mükafatına namizəd göstərilib.