Məşhur aparıcının ailə üzvü təhqir edilidi, DİN-ə MÜRACİƏT ETDİ – VİDEObackend

Tanınmış aparıcı İlkin Həsəni Daxili İşlər Nazirliyinə müraciət edib.

“Yeni Gündəm” xəbər verir ki, aparıcı sosial şəbəkə hesabından etdiyi müraciətdə ailə üzvlərindən birinin təhqirlərə məruz qaldığını bildirib:

“May ayının sonunda ailə üzvlərimdən birinin başına şəhərin mərkəzində xoşagəlməz hadisə gəlib. Bir xanım durduq yerdə təhqirlər edib, alçaldıcı hərəkətlərə yol verib. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət edib, şikayətimizi bildirmişik. Çox təəssüf ki, 50 gün keçməsinə baxmayaraq, o xanım hələ də nə tapılıb, nə də bu haqda bizə bir məlumat verilib. Yaxın günlərdə yenidən 102 xidmətinə bu barədə müraciət etdim. Məsələnin həllinin tapılacağına söz verilsə də, hələ də heç nə yoxdur. Ona görə də, məcbur qalıb bu şəkildə müraciət edirəm.

Hörmətli Daxili İşlər Nazirliyi və əməkdaşları! Sizə güvənərək bu videonu çəkirəm. Ümid edirəm ki, məsələ həllin tapacaq. Xanımın nömrəsi də, iş yeri də, yaşadığı yer də, avtomobil və mobil nömrəsi də bəllidir. Sadəcə olaraq etik normalara görə onun kimliyi barədə burada məlumat vermirəm, amma görsəm ki, heç bir nəticə yoxdur, kimliyini açıqlayacağam. Ümid edirəm ki, bu videodan sonra məni qoruyan polisim hərəkətə keçəcək və tərbiyəsizlik etmiş o xanım tapılacaq”.