Məşhur aparıcının atası qəzada öldübackend

Türkiyənin məşhur model və aparıcısı Özge Ulusoya ağır itki üz verib.

“Yeni Gundem” BAKU.WS-ə istinadən xəbər verir ki, Ulusoyun atası Heydər Ulusoy Ankarada yol qəzasında dünyasını dəyişib.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, qəza dünən Ankaranın Çankaya rayonunda baş verib.

Qəzada ağır yaralanan 73 yaşlı Heydər Ulusoy bütün müdaxilələrə baxmayaraq axşam saatlarında dünyasını dəyişib.