Məşhur futbolçu 370 milyon avro vergi ödəyibbackend

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2017-ci ildə imzalanan müqaviləyə görə İspaniya vergi orqanına 370 milyon avro vergi ödəyib.

“Yeni Gündəm” xəbər verir ki, bu ödəmə ilə Messi dünyanın ən çox vergi ödəyən idmançısına çevrilib. Messinin ödədiyi vergi 120.000 İspaniya vətəndaşının ödədiyi vergidən çoxdur.
2017-ci ildə bağlanan müqaviləyə əsasən Messi 4 il ərzində 555 milyon 237 min 619 Avro qazanıb. Xatırladaq ki, Messinin katalonlarla müqaviləsi bu il başa çatır.
Yenigundem.az