backend

İtaliyanın “Yuventus” klubunun və Fransa millisinin futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba məhkəməyə qədər həbs edilib.

“Yeni Gundem” xəbər verir ki, o, mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etməkdə və sui-qəsddə ittiham olunur.

M.Poqba bütün şübhəlilər mühakimə olunanadək nəzarətə götürülüb.

Daha əvvəl Pol Poqba mütəşəkkil dəstənin hədələrinin qurbanı olduğunu bildirib. 29 yaşlı yarımmüdafiənin qardaşı tərəfindən 13 milyon avroluq şantaja məruz qaldığı iddia olunur.

Qeyd edək ki, bu ilin yayında “Yuventus”a qayıdan Pol Poqba Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Report