Məşhur General müavin vəzifəsinə TƏYİN EDİLDİbackend
Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-mayor Heydər Piriyevə müavin təyin edilib
“Yeni Gündəm” xəbər verir ki, general Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytinant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.
Müdafiə naziri general – polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.sfera.az
General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ