Məşhur kulinariya kanalı Şuşadan yayımlandı – VİDEObackend

Yutub internet platformasında bir milyondan çox abunəçisi olan “WILDERNESS COOKING” layihəsinin çəkiliş heyəti Şuşa şəhərində olub.

“Yeni Gündəm”-in xəbərinə görə, kanalın məşhur aşpazı, həmçinin, çəkiliş heyəti 28 ildən sonra Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinin gəzməli-görməli yerlərini ziyarət ediblər.

Daha sonra məşhur aşpaz Cıdır düzündə Azərbaycan milli mətbəxinin dadlı təamlarını hazırlayaraq öz məharətini göstərib.