Məşhur müğənni onları İFŞA ETDİ: “Əgər kiməsə əxlaqsız deyirsə…”backend

Bir aydınlıq gətirim bəzi səviyyəsiz cahil insanlara (insan olduğunuza heyiflər olsun. Sizi dünyaya gətirəndə ananız əziyyət çəkib)… Yalnız bədbəxt insanlar başqalarını təhqir etməklə özlərində təsəlli tapır. İnsan boş yerə nifrət və paxıllıq hissi duya bilməz. Özündə olmayanı başqasında görüb, bəyənib, sevəndə yaranır o hisslər…”

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Ulduz paxıl insanların iç üzünü paylaşımında ifşa edib və bildirib ki, paxıllıq hissi sahib olmaq istədiklərimizi başqasında gördüyümüz zaman yaranır: “Sevmədiyi, bəyənmədiyi heç nəyə paxıllıq etmir insan. Başqaları haqqında danışdıqları başqalarını yox, yalnız özlərini əks etdirir. Əgər kiməsə əxlaqsız deyirsə, özü əxlaqsız olduğuna görə başqalarını da elə görmək istəyir. Ən böyük əxlaqsızlıq isə başqasının əxlaqında nöqsan axtarmaqdır. Əlbəttə ki ağlı, dərrakəsi olan kəs özünə və ailəsinə dəyər verər və necə tərbiyəsiz olduğunu nümayiş etdirməz. Arı təbiətə baxanda ancaq gül-çiçək görür… Çünki ona o lazımdır. Milçək isə hər yerdə zibil axtarır, çünki yalnız natəmiz yerə qonur. İnsanlar da belədirlər…”