Məşhur müğənni və 3 yaşlı oğlu virusdan sağaldıbackend

Dünyaca məşhur müğənni Pink və oğlu koronavirusa yoluxub. 

“Yeni Gündəm” xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə məlumat verib. 

Pink qeyd edib ki, o və üç yaşlı oğlu Ceymson iki həftə əvvəl həkimə müraciət edib.  Götürülən testin nəticələri isə müsbət çıxıb.  Bundan sonra Pink və ailəsi karantinə götürülüb.

Hazırda müğənni infeksiyadan tamamilə sağalıb. O, “bir neçə gün əvvəl ikinci testdən keçdik və xoşbəxtlikdən nəticə mənfi oldu”- deyə pop ulduz qeyd edib.