Məşhur müğənni vəfat etdibackend

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, 74 yaşlı müğənni süd vəzi xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, həm müğənni, həm də aktrisa kimi dünya şöhrəti qazanan sənətçi daha çox Con Travolta ilə birgə baş rol oynadığı “Briolin” (1978) filmi ilə şöhrət qazanmışdı.

Növbəti illərdə daha çox müğənni kimi populyarlıq qazanan Oliviya Nyuton-Con 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarının açılışını etmişdi.

APA