Məşhur müğənni xəstəxanaya yerləşdirildibackend

Türkiyənin məşhur pop ifaçısı İrem Derici pərəstişkarlarını qorxudub.

Sıx konsert proqramı səbəbindən daim səfərdə olan İremin bədəni yorğunluğun öhdəsindən gələ bilməyib.

Məşhur müğənni ötən axşam Bodrum konsertindən sonra xəstəxanaya aparılıb.

Derici fotolarını sosial şəbəkədə “Necə başladı, necə bitdi” qeydi ilə paylaşıb.

Bir müddətdir infeksiyadan müalicə olunan ifaçı konsert marafonuna görə müalicəsinə laqeyd qaldığını da açıqlayıb.

Oxu.az