Məşhur rus müğənnilər Bakıda toyda – Foto + Videobackend

Ötən həftə Rusiyanın məşhur müğənniləri Azərbaycana gəliblər.

“Yeni Gündem” xəbər verir ki, Rusiya, Ukrayna və Moldovanın Xalq artisti Nikolay Baskov,  müğənni Sogdiana Fedorinskaya Bakıda toyda çıxış edib.

Orxan və Aynur adlı cütlüyün dəbdəbəli məclisi paytaxtımızın məşhur restoranlarından birində baş tutub. Gecədə xarici tanınmışlarla yanaşı “Natiq Ritm” qrupu, Xalq artisti Faiq Ağayev və Röya Ayxan da çıxış edib.

Toydan çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.