Məşhur Vəkil Adəm Məmmədovun ”Qətlin Sonu” adlı yeni kitabı işıq üzü gördü-FOTOLARbackend

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Adəm Məmmədovun ”Qətlin Sonu” adlı detektiv-triller kitabı işıq üzü görüb. 
Qanunla.Az-a bu barədə müəllifin özü müsahibə verib:
“Qətlin sonu”mu, yoxsa başlanğıcımı?
-Adəm müəllim, siz ölkədə tanınmış vəkillərdən birisiniz. Detektiv-triller yazmaq ideyası sizdə nə vaxt yarandı?
-Bir müddət bundan əvvəl türmə həyatı haqqında bir əsər üzərində işləyirdim. Karantin dövründə icraatımda olan müsbət nəticələnmiş işlərlə bağlı sosial şəbəkədə paylaşımlar etdim. İlk əvvəl həmin işlər barədə qısa, konkret yazsam da sonradan bu süjetləri bir az bədiiləşdirdim. Sosial şəbəkədə olan dostlar israrla məni roman yazmağa sövq etdilər. Bütün dünyanı pandemiya bürüdüyü bir zamanda bunu fürsət bilib əsərimi və özümü yaratdım. Bununla da həyatda ən böyük arzum olan kitab yazmağı reallaşdırdım.
 -Romandan gözləntiləriniz nədir?
-İlk əvvəl vəkillik fəaliyyətinə başlayan zaman uğur qazanacağıma necə inanırdımsa, bundan bir neçə dəfə çox nailiyyət əldə edəcəyimə əminəm. Bu roman real faktlar əsasında və sadə dildə yazıldığından oxucu kütləsini cəlb edəcəyinə inanıram. Əsərdə cərəyan edən hadisələr tam həqiqəti əks etdirdiyindən uğur qazanmağım qaçılmazdır. Vəkillik fəaliyyətim dövründə qazandığım təcrübə və həyat məktəbim bu romanı yazmağıma böyük təkan verdi.
-Bu sizin ilk romanınızdı. Növbəti roman barədə düşünürsünüzmü?
-Ümumiyyətlə, hər bir işim ilki çətin olmaqla insanın üzərinə ağır məsuliyyət qoyur. Əminəm ki, bundan sonra kitab yazmaq və yaratmaq zövqündən özümü məhrum etməyəcəyəm. Həmçnin oxucularımın bu romana verəcəyi qiymət mənim yaradıcılıq fəaliyyətimin əsasını təşkil edəcək. Buna əminəm oxucularım növbəti romanımı oxumağa hazırlaşsın.
-Siz həm vəkil, həm teleaparıcı, həm jurnalist, həm də yazıcı kimi fəaliyyət göstərirsiniz. Bu dörd sahə bir-birinə mane olmur ki? Əsasən bunlardan hansına üstünlük verirsiniz?
-Hər sahənin öz yeri var. Bu peşəlirim bir-birini əhatə etməklə qalxan rolunu oynayır. Əlbəttə, vəkillik fəaliyyətim digər peşələrimin mayakıdır. Seçim özümə məxsusdu, istəsəm bu peşələrdən hər birini daha üstün edə bilərəm. Bu isə həmin peşələrdə çalışan şəxslərin mənə münasibətindən aslıdır. Yəqin bu peşələrdən birini ölənə kimi heç kim əlimdən ala bilməz. Vay o günə, bizim cəmiyyətdə  adamın aman-zaman bircə peşəsi ola. Çox güman ki, qələmimi heç kim əlimdən ala bilməyəcək.
-Qazandığınız təcrübə neçə roman yazmağınıza imkan verəcək?Yoxsa “Qətlin sonu” adlanan romanınız kimi bu, yaradıcılığınızın sonumu olacaq?
-Ən azı, ona yaxın roman yazmağıma kifayət edəcək informasiyaya malikəm. Sadəcə, Allah ömür versə bunu özümə söz verməyim yetərlidir. Əsərimin adı “Qətlin sonu” olsa da bu, yaradıcılığımın başlanğıcıdır.
-Adəm müəllim, siz Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq barədə düşünürsünüzmü?
Artıq bu barədə qərar vermişəm.
Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!
-Təşəkkür edirəm!