Məşhur yapon siyasətçisi İkeda vəfat edib!backend

Barış Mançonun Yaponiyadakı məşhur konsertinə ev sahibliyi edən Buddist təşkilatlardan biri olan Soka Gakka-nın fəxri prezidenti, hakim ortağı Komeitonun qurucusu İkeda Daisaku vəfat edib.Yaponiyanın ən böyük buddist təşkilatlarından biri olan “Soka Gakkai”nin fəxri prezidenti, onun hakim tərəfdaşı olan “Komeitonun” qurucusu İkeda Daisaku 95 yaşında vəfat edib.Buddist təşkilatı Soka Gakkai tərəfindən verilən açıqlamada o paytaxt Tokiodakı evində vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, Barış Manço 1991-ci ildə Tokioda İkeda Daisaku tərəfindən qurulan Soka Universitetində böyük bir konsert vermişdi.

İkeda Daisakunun Soka Gakkai və əlində türk bayraqları ilə dinlədiyi konsertdə Barış Mançoya sarıldığı anlar kameralara düşüb.

Yaponiyanın Baş naziri Kişida Fumio X sosial media platformasındakı paylaşımında “İkeda Yaponiyada və xaricdə sülh, mədəniyyət və təhsili təşviq etmək səyləri ilə tarixdə böyük iz buraxdı” deyib.

Ana müxalifət partiyası olan Konstitusiya Demokratik Partiyasının lideri İzumi Kenta da öz bəyanatında İkedanın “digər ölkələrlə, o cümlədən Çinlə dostluq və xoşməramlılıq yaratmağı hədəflədiyini” bildirib.

13-cü əsr Buddist rahiblərinin “Niçiren” təlimlərinə əsaslanan Soka Gakkai Buddist təşkilatı Komeito siyasi partiyasının seçici bazasına təsiri ilə ölkə daxilində tanınır.

Komeito baş nazir Kişida Fumionun rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının koalisiya tərəfdaşı idi.

NHK dövlət televiziyasının məlumatına görə, İkeda 50-dən çox ölkəyə səfəri zamanı Çinin keçmiş baş naziri Çjou Enlay və keçmiş SSRİ lideri Mixail Qorbaçov da daxil olmaqla liderlərlə dialoq fəaliyyəti həyata keçirib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal