Məşhur yazıçı vəfat etdibackend

Balkanlar və Şərqi Avropada yaşayan romanların (Roman dillərinin istifadə edilməsi ilə birləşən müxtəlif etnogenetik köklü xalqlar qrupu -red.) hüquqlarını müdafiə edən amerikalı fəal və yazıçı Paul Polanski vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, 79 yaşlı Polanskinin ölüm xəbərini roman icmasının üzvü Argentina Gidzic verib.

Onun Serbiyada dəfn ediləcəyi açıqlanıb.

Qeyd edək ki, P. Polanski İkinci Dünya müharibəsi dövründə Letyu Pisku düşərgəsindəki romanların soyqırımını 1992-ci ildə Çexiyanın arxivlərində tapılan 40 mindən çox səhifədən ibarət sənədlərlə ortaya çıxarmışdı.

O, 1970-ci ildə düşərgənin yerləşdiyi yerdə bir donuz ferması inşa edilərək hadisəni gizlətdiklərini qeyd etmişdi.

52 kitab və 16 şeir toplusu yazan Polanski romanların soyqırımı ilə bağlı apardığı tədqiqatlara görə uzun müddət Praqada yaşayıb.