Messi koronavirusdan sağaldıbackend

PSJ-nin hücumçusu Lionel Messi sağalıb.

“Yeni Gündəm”-in məlumatına görə, argentinalı superulduzun koronavirus testi neqativ çıxıb.

Dekabrın 28-də koronavirusa yoluxan 35 yaşlı hücumçunun 8 gün sonra Rosariodakı testi neqativ nəticələndiyindən, o, ailəsi ilə birlikdə Parisə qayıdıb. Leo virusun hər hansı fiziki fəsad verib-vermədiyini öyrənmək üçün əlavə testlərdən keçəcək. Futbolçunun səhhəti qaydasında olsa, baş məşqçi Mauritsio Poçettino yanvarın 9-da Fransa Liqa1-nin XX turunda “Lion”la səfər matçında onun xidmətindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Fransada üç doza ilə peyvənd olunmuş şəxslərin karantin müddəti beş gündür.